“Liverpul”un müdafiəçisi Kostas Tsimikasın yayda İngiltərə klubundan ayrılması ehtimal olunur. Sport24.gr nəşrinin məlumatına görə, 30 yaşlı futbolçu yeni çağırışa hazırdır və fərqli mühitdə özünü sınamaq istəyir.
Məlumata əsasən, Tsimikasın nəzərdən keçirdiyi ən real variantlardan biri İspaniya çempionatıdır. Bir neçə klub yunanıstanlı müdafiəçinin transfer imkanlarını araşdırır.
Tsimikas 2020-ci ildə “Liverpul”a keçib. Onun hazırkı müqaviləsi gələn ilin yayına qədər qüvvədədir. Transfermarkt saytının məlumatına görə, futbolçunun transfer dəyəri 4,5 milyon avro təşkil edir.