Operativ Məlumat Mərkəzi

Süleyman Soylu: "Zəlzələlərdə 50 min 500 adam həyatını itirib"

2 dəq
Paylaş:
Süleyman Soylu: "Zəlzələlərdə 50 min 500 adam həyatını itirib"
Daxili işlər naziri Soylu Kahramanmaraşda baş verən zəlzələlərdə 50 min 500 adamın həyatını itirdiyini açıqlayıb. Nazir Soylunun açıqlamalarından diqqət...

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, Daxili işlər naziri Soylu Kahramanmaraşda baş verən zəlzələlərdə 50 min 500 adamın həyatını itirdiyini açıqlayıb.

Nazir Soylunun açıqlamalarından diqqət çəkən məqamlar:

"Sökülən 57 min 29 binadan 40 min 969-nun dağıntıları çıxarılıb.

Vətəndaşlarımız kirayə ev tapa bilmirlərsə və ya təəssüf ki, baha qiymətlərlə üzləşirlərsə, bizim borcumuz vətəndaşları ev sahibi etməkdir. Bu baxımdan biz sürətli hərəkət edirik.

66 min konteyner ev tikilib, tezliklə 100 minə çatacaq.

Kahramanmaraş mərkəzli zəlzələlərdə 50 min 500 adam həyatını itirdi. Qohumları vəfat edən 39 min 689 vətəndaşa müavinət ödənilib.

Ölən 5 min nəfərin yaxınlarının kimliyini müəyyən edə bilmədik. Onlar üçün ödənişlər haradasa bloklanır.

Ölənlər arasında 1020 nəfərin kimliyini müəyyən etmək mümkün olmayıb. Məhkəmə-tibbi araşdırmalar davam edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər