Sudanda davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 551-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris 4926 nəfərin yaralandığını qeyd edib.
Qarşıdurma zamanı səhiyyə müəssisələrinə qarşı ümumilikdə 28 hücum olduğunu bildirən Harris bu hücumlarda 8 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib.