Taylandın cənub bölgələrində təsirli olan güclü yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 145-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Ölkənin 8 əyalətində 145 nəfərin həyatını itirdiyini bildirən Tayland Hökumətinin sözçüsü Siripong Angkasakulkiat ölənlərin 100-dən çoxunun Sonkhla əyalətində olduğunu qeyd edib.
Angkasakulkiat həmçinin sel sularının çəkilməyə davam etdiyini və axtarış-xilasetmə qruplarının daha çox bölgəyə çata bildiyini ifadə edib.
Tayland Fəlakət Əleyhinə Mübarizə və İdarəetmə Departamenti ölkənin cənubundakı 12 əyalətdə təxminən 1,2 milyondan çox ev təsərrüfatının və 3,6 milyon insanın sellərdən təsirləndiyini açıqlayıb.