Əsas məzmuna keç

"Ştrafnoy"da avtomobil saxlamaq haqqı ARTIRILDI - Yeni QİYMƏT

"Ştrafnoy"da avtomobil saxlamaq haqqı ARTIRILDI - Yeni QİYMƏT

bununla bağlı qərarı Daxili İşlər Nazirliyinin Kollegiyası qəbul edib.Qərara əsasən, bir ədəd nəqliyyat vasitəsinin və ya bir reyslə bir neçə nəqliyyat...

en ru

Daxili İşlər Nazirliyinin balansında olan mühafizə olunan duracaqlara gətirilən və orada saxlanılan vasitələri üçün ödəniş məbləğləri təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı qərarı Daxili İşlər Nazirliyinin Kollegiyası qəbul edib.

Qərara əsasən, bir ədəd nəqliyyat vasitəsinin və ya bir reyslə bir neçə nəqliyyat vasitəsinin təxliyə avtomobili ilə mühafizə olunan duracağa gətirilməsi üçün ƏDV daxil olmaqla 30 manat haqq müəyyən edilib.

Nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün ödəniş isə onun kütləsindən asılı olaraq dəyişəcək:

  • 3,5 tona qədər – 2 manat;
  • 3,5 tondan 10 tonadək – 3 manat;
  • 10 tondan yuxarı – 5 manat.

Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə isə müəyyən edilmiş haqqın 50 faizi həcmində əlavə ödəniş tutulacaq.

Qərara əsasən, saxlanma nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.

Beləliklə, avtomobilin duracağa gətirilməsi üçün 30 manat, saxlanılması üçün isə nəqliyyat vasitəsinin çəkisindən asılı olaraq gündəlik 2, 3 və ya 5 manat ödəniş tələb olunacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…