Ukraynadakı münaqişənin nizamlanması üzrə aparılan danışıqlarda əhəmiyyətli tərəqqi qeydə alınıb və tərəflər hazırda prosesin yekun mərhələsindədirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verib.
Uitkoff qeyd edib ki, diplomatik səylər çərçivəsində Moskvaya etdiyi mütəmadi səfərlər müsbət nəticələr verib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da Davos forumundakı çıxışı zamanı Rusiya lideri Vladimir Putinin sülh sazişi bağlamaqda maraqlı olduğunu vurğulayıb. Ağ Ev rəhbəri, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin də yaxın vaxtlarda danışıqlar masasına oturacağına ümid etdiyini bildirib.