Əsas məzmuna keç

Cenevrədə Rusiya-Ukrayna danışıqları başa çatdı: Zelenski irəliləyişdən danışdı

Cenevrədə Rusiya-Ukrayna danışıqları başa çatdı: Zelenski irəliləyişdən danışdı

ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlərdə hərbi məsələlər üzrə irəliləyiş əldə olunsa da, siyasi razılaşma hələ ki uzaq görünür.

en ru

ABŞ-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən və nümayəndə heyətləri arasındakı iki günlük danışıqlar yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti müzakirələrin çətin keçdiyini, lakin hərbi müstəvidə müəyyən irəliləyişlərin olduğunu bildirib.

Zelenski nümayəndə heyətinin hesabatından sonra verdiyi açıqlamada danışıqların hərbi və siyasi olmaqla iki istiqamətdə aparıldığını qeyd edib.

O, hərbi müzakirələri konstruktiv adlandıraraq deyib:

“Hərbçilər siyasi iradə olduğu təqdirdə atəşkəsə və hərbi əməliyyatların dayandırılmasına necə nəzarət olunacağını anlayırlar”.

həmçinin vurğulayıb ki, istənilən monitorinq mexanizmində Amerika tərəfi də iştirak edəcək.

Siyasi məsələlərin daha mürəkkəb olduğunu deyən Ukrayna lideri, tərəflərin mövqelərinin hələ də fərqli olduğunu bildirib.

Zelenski həmçinin "X" platformasında paylaşım edərək Rusiyanı prosesi uzatmaqda ittiham edib. O, ABŞ tərəfinə səbrinə və detallara göstərdiyi diqqətə görə təşəkkür edib.

Rusiyanın baş danışıqçısı, Kreml rəsmisi Vladimir Medinski isə görüşləri "çətin, lakin işgüzar" kimi xarakterizə edərək, danışıqların tezliklə davam etdiriləcəyini bildirib.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov isə bəyan edib ki, əsas məqsəd “ədalətli və davamlı ” əldə etməkdir.

Qeyd edək ki, bu görüşlər Rusiyanın genişmiqyaslı işğalının dördüncü ildönümü ərəfəsinə təsadüf edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…