Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrana zərbə endirmə ehtimalı hələ də var

2 dəq
Paylaş:
ABŞ-nin İrana zərbə endirmə ehtimalı hələ də var

ABŞ-nin İrana qarşı -texniki endirmək imkanları olsa da, bəzi amillər Vaşinqtonun bu addımı atmasına mane olur.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, Malek mövzu ilə bağlı verdiyi müsahibədə mümkün ssenariləri dəyərləndirib.

Məlumata görə, ABŞ hərbi komandanlığı İranla danışıqlar ərəfəsində Yaxın Şərqə əlavə qüvvələrin köçürülməsini başa çatdırıb. Hazırda Fars körfəzində bir aviadaşıyıcı qrup mövcuddur, digər bir qrup olan "Gerald Ford" isə Aralıq dənizinə cəlb edilir.

Ekspertin fikrincə, bu qüvvələr daha çox İsrailin müdafiəsi üçün dəniz bazalı hava hücumundan müdafiə sistemi rolunu oynayacaq.

Dudakov ABŞ-nin qarşısında duran əsas məhdudiyyətləri belə sıralayıb:

"THAAD" və dəniz bazalı HHM sistemləri üçün raket ehtiyatlarında ciddi qıtlıq yaranıb. Bu ehtiyatların bərpası 3-5 il çəkə bilər. İranın ABŞ bazalarına cavab zərbələri endirməsi böyük itkilərə səbəb ola bilər ki, bu da Donald Trampın reytinqinə mənfi təsir göstərər. Amerika cəmiyyətinin 70 faizindən çoxu İranla birbaşa hərbi münaqişənin əleyhinədir".

Politoloq qeyd edib ki, hazırda toplanmış hərbi güc daha çox danışıqlarda İrana təzyiq vasitəsi kimi istifadə olunur. Əgər diplomatik yollar nəticə verməsə, ABŞ-nin qəfil hücumla hakimiyyəti dəyişmək cəhdi ehtimalı istisna edilmir.

Xatırladaq ki, İran tərəfi sanksiyaların ləğvi müqabilində nüvə sazişi üzrə kompromisə hazır olduğunu bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax