ABŞ-nin Energetika naziri Kris Rayt ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana qarşı əməliyyat çərçivəsində tezliklə Hörmüz boğazından keçən gəmiləri müşayiət etməyə başlayacağını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Nazirin sözlərinə görə, ABŞ hərbi dəniz qüvvələrinin bölgədə gəmiləri müşayiət etməsi “doğru zamanda” baş verəcək.
Qeyd edək ki, martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçməyə çalışan istənilən tankerin vurula biləcəyi ilə bağlı hədələr səsləndirib.