Əsas məzmuna keç

Qətər ABŞ səfirliyi yaxınlığındakı binaları təxliyə etdi

Qətər ABŞ səfirliyi yaxınlığındakı binaları təxliyə etdi

Dohada Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbiri olaraq sakinləri təxliyə etdi. İran-ABŞ gərginliyi fonunda Yaxın Şərqdə atılan bu addımın gizli səbəbləri nədir?

en ru

Daxili İşlər Nazirliyi paytaxt Dohada səfirliyinin yaxınlığında yerləşən binaların sakinlərinin təxliyə edildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə nazirliyin xüsusi bəyanatında məlumat verilib.

Qeyd olunub ki, qərar qabaqlayıcı təhlükəsizlik kimi qəbul edilib. Bildirilib ki, təxliyə olunan bütün sakinlər alternativ yaşayış yerləri ilə təmin olunurlar.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatları və bölgədə bir sıra hava limanlarının bağlanması fonunda Vaşinqtonun vətəndaşlarını Yaxın Şərq ölkələrindən fəal şəkildə təxliyə etdiyi barədə məlumat yayılmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…