Əsas məzmuna keç

Qətər: "Ölkədə təhlükəsizlik tam təmin olunub"

Qətər: "Ölkədə təhlükəsizlik tam təmin olunub"

İsrail-İran gərginliyi fonunda Qətər Daxili İşlər Nazirliyi bəyanat yaydı. Yaxın Şərqdəki hərbi aktivlik fonunda regionda son vəziyyət və asayişin detalları burada.

en ru

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlardan sonra dövləti ölkədəki mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, regional gərginliyin artmasına baxmayaraq, ölkə daxilində vəziyyət stabil və təhlükəsizdir.

Ölkənin Daxili İşlər Nazirliyi vurğulayıb ki, aidiyyatı təhlükəsizlik qurumları hadisələrin gedişatını mütəmadi olaraq izləyir və bütün preventiv tədbirləri görür.

“Dövlət qurumları vətəndaşların, sakinlərin və ölkəyə gələn turistlərin təhlükəsizliyini tam nəzarətdə saxlayır. Regionda baş verən hərbi aktivliyə rəğmən, bütün dövlət və sosial xidmətlərin heç bir fasilə olmadan fəaliyyət göstərməsi təmin edilib. Təhlükəsizlik agentlikləri vəziyyəti elə bir şəkildə idarə edir ki, bu, gündəlik həyatın axarına mənfi təsir göstərmir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…