Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ekvador Kuba səfirini ölkədən qovur

2 dəq
Paylaş:
Ekvador Kuba səfirini ölkədən qovur

hakimiyyəti Kuba səfiri və onun diplomatik heyətini "arzuolunmaz şəxs" elan edib. Ölkənin Xarici İşlər Nazirliyi diplomatlara ərazini tərk etmək üçün 48 saat vaxt verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Kuba Xarici İşlər Nazirliyi qərarı "özbaşına və əsassız" adlandırıb. Rəsmi Havana bunu ölkələr arasındakı tarixi əlaqələri sarsıdan "qeyri-dost və misli görünməmiş hərəkət" kimi qiymətləndirir.

Qarşı tərəf hesab edir ki, bu qovulma qərarı 7 və 8 mart tarixlərində Mayamidə keçirilməsi planlaşdırılan sammitdən əvvəl "ABŞ-ın " ilə əlaqəli ola bilər. Tədbirdə 12 Latın Amerikası ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir.

"Reuters" mənbələrinin məlumatına görə, hazırda Ekvador polisi və hərbi qulluqçuları Kitodakı Kuba səfirliyinin yaxınlığında patrul aparırlar.

Ekvador tərəfi səfirin ölkədən çıxarılmasının diplomatik münasibətlərin kəsilməsi anlamına gəlib-gəlmədiyini hələlik dəqiqləşdirməyib. Rəsmi səbəblər açıqlanmasa da, hakimiyyət orqanları Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə istinad ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax