Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ bazar günü İrana zərbə endirə bilər

3 dəq
Paylaş:
ABŞ bazar günü İrana zərbə endirə bilər

ABŞ Prezidenti tərəfindən İrana qarşı verilən son xəbərdarlıqlar regionda gərginliyi pik həddə çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton administrasiyası artıq hərbi müdaxilə planlarını masaya qoyub.

"Dropsite News" portalının yüksək rütbəli rəsmilərə istinadən yaydığı məlumata görə, ABŞ-nin İrana qarşı hava zərbələri bu bazar günündən etibarən başlaya bilər.

Mənbələr bildirir ki, Tramp administrasiyası bölgədəki müttəfiqlərindən birini mümkün hücum barədə artıq məlumatlandırıb. İddialara görə, əməliyyatın əsas məqsədi yalnız nüvə və ya raket proqramlarını dayandırmaq deyil, həm də İranda rejim dəyişikliyinə nail olmaqdır. Keçmiş kəşfiyyat rəsmilərindən birinin sözlərinə görə, hədəflər arasında İranın siyasi rəhbərliyi, hərbi obyektləri və strateji infrastruktur layihələri yer alır.

""-dan sərt xəbərdarlıq

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında keçiriləcək İran təlimləri fonunda rəsmi Tehrana xəbərdarlıq edib. Komandanlıq bəyan edib ki, "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) Amerika gəmilərinə yaxınlaşması və ya hər hansı təhdid xarakterli manevr etməsi yolverilməzdir. CENTCOM naviqasiya azadlığının qorunması üçün bütün zəruri addımların atılacağını vurğulayıb.

Trampın "Armada"sı yoldadır

Donald Tramp bəyan edib ki, İranla razılaşma əldə olunmasa, nəticələr ağır olacaq. O, Körfəzə doğru irəliləyən və "USS Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi nəhəng donanmanın hər an əməliyyata hazır olduğunu bildirib. Trampın sözlərinə görə, bu hərbi güc Venesuela sahillərinə göndəriləndən daha böyük və qüdrətlidir.

İranın cavabı: "İsrailin dərinliklərini vuracağıq"

İran tərəfi isə təhdidlərə eyni tonda cavab verib. İran liderinin müşaviri Əli Şemhani bildirib ki, hər hansı təcavüz aktı baş verərsə, Tehranın cavabı qətiyyətli olacaq və bu zərbələr "Sionist rejimin" (İsrailin) daxili ərazilərini də əhatə edə bilər. Şemhani düşmənin planlarından xəbərdar olduqlarını və onları zərərsizləşdirmək üçün strateji nöqtələrə zərbə endirəcəklərini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax