Əsas məzmuna keç

İran ABŞ-nin hədələrinə cavab verdi:

İran ABŞ-nin hədələrinə cavab verdi:

İranın xarici işlər naziri Abbas Araqçı Donald Trampın hərbi zərbə bəyanatlarına münasibət bildirərək, ölkəsinin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.

ru en

İranın naziri Abbas Araqçı ABŞ Prezidenti Trampın İslam Respublikasına qarşı yeni hərbi endirməyə hazır olması barədə bəyanatına reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "RIA Novosti" agentliyi yayımlayıb.

Vaşinqtondan gələn təhdidləri şərh edən nazir bildirib ki, rəsmi Tehranın kənar köməyə ehtiyacı yoxdur:

"Bizim özümüzü müdafiə etmək imkanımız var, heç kimə ehtiyac duymuruq".

Araqçı həmçinin əlavə edib ki, İran rəhbərliyi hadisələrin inkişaf variantına tam hazırdır.

Qeyd edək ki, bir müddət əvvəl Donald Trampın Pentaqon və Ağ Evdən İrana qarşı mümkün hücum variantlarını əks etdirən sənəd aldığı barədə məlumatlar yayılmışdı. Həmin planda dövlət müəssisələrinə və "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) obyektlərinə zərbələr endirilməsi nəzərdə tutulur.

Bundan əvvəl ABŞ Prezidenti İran hakimiyyətini danışıqlar masasına oturmağa çağırmış və imtina ediləcəyi təqdirdə ölkə ərazisinə yeni zərbələr endiriləcəyi ilə hədələmişdi. Ağ Ev rəhbəri bildirib ki, "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi nəhəng hərbi donanma artıq İrana doğru istiqamət götürüb və zərurət yarandığı təqdirdə öz missiyasını sürətlə yerinə yetirməyə qadirdir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…