Almaniya kansleri Olaf Şolz 2025-ci il seçkilərində Almaniya hökumətinin başçısı vəzifəsinə yenidən namizədliyini irəli sürəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kansler bu barədə Berlində keçirilən mətbuat konfransında bildirib.
Bundestaqa növbəti seçkilər 2025-ci ildə keçiriləcək. Onların nəticələrinə görə yeni bir hökumət qurulacaq və yeni bir kansler seçiləcək.