Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitan və hücumçu Lionel Messidən sonra necə oynayacağı barədə fikirlərini bölüşüb.
Skaloninin sözlərinə görə, Argentina millisi Messinin yoxluğundan sonra da öz oyun üslubunu qorumağa çalışacaq. Komandanın çıxışında dəyişikliklər olsa da, əsas məqsəd kollektiv yanaşmanı və formalaşmış futbol fəlsəfəsini davam etdirməkdir.