Əsas məzmuna keç

Messi Argentina millisində vida matçına çıxacaq

Messi Argentina millisində vida matçına çıxacaq

Argentina Futbol Federasiyası 39 yaşlı Lionel Messini Beninlə keçiriləcək yoldaşlıq görüşünə dəvət edib. Qarşılaşmanın futbolçunun milli karyerasına vida matçı olması planlaşdırılır.

ru en

(AFA) oktyabrın 6-da Buenos-Ayresdə keçiriləcək Beninlə yoldaşlıq görüşü üçün milli komandanın heyətini açıqlayıb və 39 yaşlı ulduz futbolçu Lionel Messini də siyahıya daxil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə AFA-nın rəsmi mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avqust ayında milli komandadakı zəngin karyerasını başa çatdırdığını elan edən kapitanı olduğu kollektivlə son dəfə yaşıl meydançaya çıxacaq. Baş məşqçi ilə aparılan məsləhətləşmələrdən sonra AFA rəhbərliyi dörd il əvvəl – 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qalib gəlmiş heyətin bütün üzvlərini bu matça dəvət edərək Messi üçün möhtəşəm vida mərasimi təşkil etmək qərarına gəlib.

Səkkiz qat “Qızıl top” mükafatçısı olan Messi Argentina yığmasının heyətində rekord göstəricilərə imza ataraq keçirdiyi 207 rəsmi oyunda 125 qol vurub. O, milli komanda ilə 2022-ci il Dünya Çempionatının, habelə 2021 və 2024-cü illərdə Amerika Kubokunun (Copa América) qalibi olub.

Bildirilib ki, oktyabr ayındakı fasilə çərçivəsində Beninlə yanaşı, Burkina Faso və Boliviya yığmaları ilə də yoldaşlıq görüşləri keçirəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…