Siyəzəndə yol qəzası olub, ata və oğlu ölüb, 7 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB-2

Siyəzəndə yol qəzası olub, ata və oğlu ölüb, 7 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB-2
01.09.2023 11:36
Aa
dəq

Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə baş verən yol qəzasında yaralananların kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, onlar Əmirova Mələkzadə, Əmirov Elvin, Əmirova Siyafət, Əmirli Günel, Abbasov İslam, Əmirli Emil (azyaşlı) və Nəzərov Əlövsətdir.

Qəza nəticəsində Əmirov Samit və onun oğlu Əmirov Elnur hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

10:40***

Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında yaralananların sayı 7-yə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilib.

İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər.

09:58***

Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 1986-cı il təvəllüdlü Samit Əmirov Bədəl oğlu və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu