Operativ Məlumat Mərkəzi

Siyəzəndə 35 yaşlı kişini və 6 baş mal-qaranı cərəyan vurub

1 dəq
Paylaş:
Siyəzəndə 35 yaşlı kişini və 6 baş mal-qaranı cərəyan vurub
Siyəzən rayon sakinini elekterik cərəyanı vurub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə ötən gün rayonun Sədan kəndində baş verib....

Siyəzən rayon sakinini elekterik cərəyanı vurub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə ötən gün rayonun Sədan kəndində baş verib. Kənd ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində 1990-cı il təvəllüdlü Seymur Əhmədovu və ona məxsus 25 min manat dəyərində 6 baş mal-qaranı elektrik cərəyanı vurub.

Hadisə nəticəsində 6 baş inək tələf olub, S.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər