Əsas məzmuna keç

Şirvan kanalı bərpa edilib

Şirvan kanalı bərpa edilib

ADSEA tərəfindən Yevlax, Ağdaş və digər rayonlarda su təminatı bərpa edildi. Göyçaydakı qəza aradan qaldırıldı, əhaliyə suyun verilməsi qrafiki açıqlandı.

en ru

kanalının rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd olunub ki, , , Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının isə su ilə təminatı sabah axşam saatlarınadək, bütün ərazilər üzrə tam həcmdə suyun verilməsi isə 7 avqust səhər saatlarından həyata keçiriləcək.

Əlavə olaraq bildirək ki, hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ şəkildə həyata keçirilən tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa olunaraq suyun verilməsi mərhələli şəkildə təmin edilib. Görülən işlərlə əlaqədar sakinlərin su təminatında müvəqqəti fasilə yarandığına görə həmin ərazilərə su maşınları cəlb edilib, vətəndaşlar su ilə təmin olunublar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…