Operativ Məlumat Mərkəzi

Şimanski “Fənərbaxça”dan “Rennes”ə transfer olundu

1 dəq
Paylaş:
Şimanski “Fənərbaxça”dan “Rennes”ə transfer olundu

Fransanın “Rennes” klubu Polşa millisinin yarımmüdafiəçisi Şimanskini “”dan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, 26 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.

Transferlə bağlı maliyyə detalları da açıqlanıb.

Yanvarın 21-də tanınmış insayder Fabrizio Romano “X” platformasında paylaşdığı məlumatda “Rennes” klubunun bu transfer üçün “Fənərbaxça”ya 10,5 milyon avro ödəyəcəyini bildirib.

Sebastian Şimanski son mövsümlərdə göstərdiyi stabil ilə Avropa klublarının diqqətini cəlb edirdi. Onun Fransa Liqa 1 təmsilçisinə keçidi həm klub, həm də futbolçu karyerası baxımından mühüm addım kimi qiymətləndirilir.

Yeni transferin “Rennes”in orta xəttində rəqabəti gücləndirəcəyi və komandanın taktiki imkanlarını genişləndirəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax