Əsas məzmuna keç

Səudiyyə Ərəbistanının iri şirkətlərinin nümayəndələri Azərbaycana gələcək

Səudiyyə Ərəbistanının iri şirkətlərinin nümayəndələri Azərbaycana gələcək

Sentyabrın 30-da Səudiyyə Ərəbistanının 70-ə qədər iri şirkətinin nümayəndələri Azərbaycana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" İxracın və İnvestisiyaların Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Abdullayevlə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdə müzakirə edilib.

Görüşdə həmçinin sentyabrın 26-da Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası İqtisadi Forumu barədə müzakirələr aparılıb, iki ölkənin dairələri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Y.Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsini təklif edib.

Səfir Azərbaycanla siyasi əlaqələr yüksək qiymətləndirərək iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə AZPROMO-nun krallığın şirkətləri ilə yerli sahibkarlar arasında əlaqələrin qurulmasına lazımi dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…