Əsas məzmuna keç

Səudiyyə Ərəbistanında Məkkə, Ciddə və Taifdə təhlükə siqnalı verildi

Səudiyyə Ərəbistanında Məkkə, Ciddə və Taifdə təhlükə siqnalı verildi

Milli Erkən Xəbərdarlıq Platforması Səudiyyə Ərəbistanının üç şəhərində “təhlükə” xəbərdarlığı elan edib. Xəbərdarlığın səbəbi açıqlanmayıb.

en ru

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi ölkənin qərb regionunda yerləşən strateji şəhərlər üçün təhlükə xəbərdarlığı yayımlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qurumun “X” platformasındakı rəsmi hesabında məlumat verilib.

Məlumata görə, Milli Erkən Xəbərdarlıq Platforması vasitəsilə , və Taif şəhərlərinin sakinlərinə təcili bildirişlər göndərilib. Mülki Müdafiə İdarəsi vətəndaşları və rezidentləri mümkün risklərə karşı maksimum diqqətli olmağa, dərhal təhlükəsiz sığınacaqlara və ya binaların daxili hissələrinə keçməyə, pəncərə və açıq ərazilərdən uzaq durmağa çağırıb. Həmçinin insanlara kütləvi toplanma yerlərindən çəkinmək, avtomobilləri körpü və hündür binalardan kənarda saxlamaq və hər hansı insident zamanı görüntü qeydə almamaq tövsiyə olunub.

Bildirilib ki, rəsmi bildirişdə xəbərdarlığın dəqiq səbəbi açıqlanmasa da, analitiklər bunun Yəməndəki husi qüvvələri ilə artan hərbi gərginlik və hava hücumu riski ilə bağlı ola biləcəyini ehtimal edirlər. Son məlumatlara görə, Mülki Müdafiə İdarəsi artıq sözügedən ərazilərdə təhlükə rejiminin başa çatdığını və riski yaradan amilin sovuşduğunu bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…