Əsas məzmuna keç

Səudiyyə Ərəbistanı neft ixracını Qırmızı dənizə yönəldir: Yanbu limanında rekord göstəricilər

Səudiyyə Ərəbistanı neft ixracını Qırmızı dənizə yönəldir: Yanbu limanında rekord göstəricilər

Hürmüz boğazında artan gərginlik fonunda Səudiyyə Ərəbistanı neft nəqlini Yanbu limanı vasitəsilə maksimuma çatdırıb.

en ru

Yaxın Şərqdə, xüsusilə ətrafında artan geosiyasi gərginlik fonunda xam neft ixracını Qırmızı dəniz sahilində yerləşən vasitəsilə rekord səviyyəyə çatdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Reuters” agentliyinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, "Signal Ocean" şirkətinin statistikası iyulun 13-ü ətrafında Yanbu limanından gündəlik yükləmə həcminin təxminən 4,7 milyon barelə yüksəldiyini göstərir. İyulun 10-da isə bu göstərici 3,36 milyon barel olub.

Məlumata görə, "Kpler" analitik mərkəzinin məlumatları da son həftələr ərzində limandan gündəlik orta hesabla 4 milyon barel neft yükləndiyini təsdiqləyir. Dünyanın ən böyük neft ixracatçısı olan "" şirkəti fevral ayının sonundan etibarən Yanbu limanından istifadəni əhəmiyyətli dərəcədə artırıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı boğazından asılılığı azaltmaq məqsədilə Qırmızı dəniz sahilinə uzanan boru kəmərlərinin genişləndirilməsini də nəzərdən keçirir. Bu marşrut neftin dünya bazarlarına daha təhlükəsiz şəkildə çatdırılmasına xidmət edə bilər.

Ekspertlərin fikrincə, Yəməndəki husilərin raket hücumları və regiondakı təhlükəsizlik riskləri enerji təchizatı ilə bağlı narahatlıqları artırır. Bununla yanaşı, gəmiçilik sahəsindəki mənbələr Yanbu limanının hazırda maksimum gücü ilə fəaliyyət göstərdiyini və ixrac həcminin daha da artırılması üçün texniki imkanların məhdud olduğunu bildirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…