Əsas məzmuna keç

Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

təbrikdə deyilir: "Cənab Prezident! Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya Respublikasının adından və...

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Cənab !

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost xalqına İtaliya Respublikasının adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Rusiya- müharibəsi ilə xarakterizə olunan həssas bir dövrdə çoxsaylı görüşlərimiz zamanı da təsdiq etdiyimiz kimi, Bakı və Romanı birləşdirən möhkəm əlaqələrin davamlı olaraq güclənməsini qeyd etmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Xalqlarımızı birləşdirən həqiqi dostluğa əsaslanaraq, əminliklə bildirirəm ki, biz qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxölçülü strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da bütün imkanlardan istifadə edə biləcəyik.

Bu kontekstdə İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcəkdir.

Cənab Prezident, Sizə səmimi dostluq ruhunda şəxsi rifah, dost Azərbaycan xalqına firavan gələcək arzularımı çatdırıram".

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…