Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda sabitliyin göstəricisidir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İtaliya hər zaman, o cümlədən minatəmizləmə məsələlərində Azərbaycanın yanındadır.