Serbiyada Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada Belqradda Vladislav Ribnikar ibtidai məktəbinin 7-ci sinif şagirdinin səhər saatlarında mühafizəçilərə və şagirdlərə atəş açdığı qeyd edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində məktəbin mühafizəçisinin həyatını itirdiyi, 5 şagirdin isə yaralandığı bildirilib.
Yaralı tələbələrin xəstəxanaya aparıldığı bildirilən açıqlamada tələbələrdən birinin başından yaralanaraq əməliyyat olunduğu bildirilib.
Açıqlamada hücumu atasına məxsus silahla törətdiyi ehtimal edilən uşağın nəzarətə götürüldüyü bildirilib.
12:17***
Serbiyada məktəbə silahlı hücum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, bir mühafizəçi həlak olub.
Silahlı hücumda beş tələbə isə yaralanıb.