Operativ Məlumat Mərkəzi

ABŞ-nin Venesuelaya endirdiyi zərbə nəticəsində 100 nəfər ölüb

2 dəq
Paylaş:
ABŞ-nin Venesuelaya endirdiyi zərbə nəticəsində 100 nəfər ölüb
{"az":"bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabelyo “Reuters”ə açıqlamasında bildirib.Onun sözlərinə görə, şənbə günü keçirilən əməliyyat zamanı...","en":"","ru":""}

ABŞ-nin yanvarın 3-də Venesuelaya endirdiyi zərbə nəticəsində 100 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabelyo “Reuters”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şənbə günü keçirilən əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores də xəsarət alıblar. Kabelyonun dediyinə görə, Maduro ayağından, xanımı isə başından xəsarət alıb.

Karakas daha əvvəl həlak olanların dəqiq sayını açıqlamasa da, ordu 23 nəfərin adının yer aldığı siyahı yayımlayıb. Kuba isə Venesuelada öz hərbçilərinin və kəşfiyyat əməkdaşlarının öldüyünü bildirib.

Venesuela hakimiyyəti yanvarın 6-da reyd zamanı həlak olan hərbçilərlə bağlı bir həftəlik matəm elan edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ qoşunları Venesuelanın şimalındakı hədəflərə aviazərbələr endirib, xüsusi təyinatlı qüvvələr isə Karakasda əməliyyat keçirərək Nikolas Maduro və Siliya Floreşi saxlayıb və onları ABŞ-yə aparıb. Yanvarın 5-də onlar Nyu-Yorkdakı Federal Məhkəmə qarşısına çıxarılıb və narkoterrorizm də daxil olmaqla bir sıra ittihamlarla üzləşiblər. Maduro və Flores ittihamları qəbul etmədiklərini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər