Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH Oman sahilində gəmiyə hücum etdi

2 dəq
Paylaş:
SEPAH Oman sahilində gəmiyə hücum etdi

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində gəmi ilə bağlı növbəti barədə xəbər yayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in mərkəzin bəyanatına istinadən verdiyi məlumata görə, Omandan 15 dəniz mili (28 km) şimal-şərqdə olan gəmisində baş verən insident barədə məlumat daxil olub.

Qurumun məlumatına əsasən, gəminin kapitanı bildirib ki, gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusunun () kateri yaxınlaşıb, bundan sonra gəmiyə atəş açılıb ki, bu da kapitan körpüsünün ciddi zədələnməsinə səbəb olub.

Bununla belə, yanğın və ya ətraf mühitə zərər qeydə alınmayıb, bütün heyət təhlükəsizlikdədir, - deyə UKMTO əlavə edib.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə Fars körfəzi ölkələrinin hamısı cəlb edilib ki, bu da boğazının bağlanmasına gətirib çıxarıb.

İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi atəşkəs barədə razılığa gəliblər, bu atəşkəsin müddəti 21-dən 22 aprelə keçən gecə başa çatıb.

Tərəflər Pakistanda münaqişənin həlli üzrə danışıqlar aparmağa cəhd ediblər, lakin 11-12 apreldə keçirilən birinci raund heç bir nəticə verməyib.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində, İran Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüzun blokadası barədə bəyanat verib. Bölgədəki dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax