Əsas məzmuna keç

Şəmkirdə ev sahibini hədələyərək pulunu ələ keçirən 15 və 18 yaşlı iki nəfər saxlanılıb

Şəmkirdə ev sahibini hədələyərək pulunu ələ keçirən 15 və 18 yaşlı iki nəfər saxlanılıb

Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə və evin açarlarını ələ keçiriblər.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Davam etdirilən tədbirlərlə 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan üzrə istintaq hərəkətləri aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…