Əsas məzmuna keç

Şəmkirdə dönərdən zəhərləndiyi ehtimal edilən 24 nəfər tibbi yardımdan sonra evə buraxılıb

Şəmkirdə dönərdən zəhərləndiyi ehtimal edilən 24 nəfər tibbi yardımdan sonra evə buraxılıb

Avqustun 20-si saat 18:30 radələrindən başlayaraq zəhərlənmə əlamətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya...

Avqustun 20-si saat 18:30 radələrindən zəhərlənmə əlamətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 24 nəfərin hamısı tibbi yardımdan sonra müalicə üçün evə buraxılıb.

Xəstəxanadan "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, 9-u kişi, 15-i qadın olan şəxslərin vəziyyəti qiymətləndirilib. Onların 14-ü azyaşlıdır. Qeyd olunan şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…