Əsas məzmuna keç

Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA

Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumatına görə, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq...

en ru

Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumatına görə, yağıntılı davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə yağıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Kişçayda () 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.

Bakıda və yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən, Kürdəmir, Sabirabad, Beyləqan, Ordubad, Qobustan, Mingəçevir, Zərdab, Xaçmaz, Şabranda 1-5 mm-dir.

Noyabrın 9-u Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti 26 m/s-dək güclənib.

Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay (Şəki), Şamaxı, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Hava proqnozu

10° Bakıda indiÇiskin
  1. Bu gün Arabir yağış 12° 8° yağış 83%
  2. Sabah Günəşli 13° 9° yağış 36%
  3. Birisi gün Günəşli 16° 12°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…