Əsas məzmuna keç

Şəkinin tarixi qoruğunda sakinlərin uçotu aparılır

Şəkinin tarixi qoruğunda sakinlərin uçotu aparılır

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda əhalinin demoqrafik və sosial-iqtisadi vəziyyətinin öyrənilməsi məqsədilə siyahıyaalma prosesinə start verilib.

en ru

Şəki şəhərinin tarixi hissəsində yaşayan sakinlərin uçotu həyata keçirilir. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə Şəki Dövlət Tarix-Memarlıq İdarəsinin direktoru Gülnarə Əliyeva məlumat verib.

Direktor bildirib ki, cari ilin aprel ayından etibarən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qapı-qapı sorğu əsasında uçot işləri aparılır. Prosesin əsas məqsədi qoruq ərazisində yaşayan əhalinin sosial-iqtisadi və demoqrafik göstəricilərini müəyyənləşdirmək, habelə sakinlərin real ehtiyaclarını və sosial mühitini daha dərindən təhlil etməkdir.

Gülnarə Əliyeva, həmçinin "Yuxarı Baş" qoruğunda "İcma Mərkəzi"nin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Yeni mərkəzin fəaliyyəti ilə bağlı aşağıdakı məqamlar vurğulanıb:

  • Yerli sakinlərin qoruq idarəçiliyinə daha aktiv cəlb edilməsi;
  • Sakinlərin təklif və rəylərinin dinlənilməsi üçün platforma rolunu oynaması;
  • Mədəni və sosial layihələrdə birgə iştirakın təmin olunması.

Qeyd olunub ki, yerli ilə sıx əməkdaşlıq qoruğun davamlı inkişafı üçün əsas prioritetlərdən biri hesab edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…