Beynəlxalq ictimaiyyətin Ermənistanın hərbi cinayətlərinin qarşısını ala bilməməsi bu ölkənin cəzasızlıq hissinə təkan verməkdən başqa bir işə yaramır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Hacıyev "X"də yazıb.
O vurğulayıb ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə daxil olmasının Ermənistan ordusunun 600-dən çox mülki azərbaycanlını qətlə yetirdiyi Xocalıda yeni kütləvi məzarlığın açılması ilə eyni vaxta düşməsi olduqca simvolikdir.