Əsas məzmuna keç
Rəhman Tofiq oğlu Hacıyev

Rəhman Tofiq oğlu Hacıyev

İdarə Heyətinin sədri

Qarabağ Dirçəliş Fondu

Mənbə: qdf.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Rəhman Tofiq oğlu Hacıyev 17 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.

2002–2008-ci illərdə MBASK Sığorta Şirkətinin İdarə Heyətinin üzvü olub və şirkətdə müxtəlif vəzifələrdə çalışıb. 2009-cu ildən “First News Media” İnformasiya Agentliyinin baş redaktoru və icraçı direktoru, 2011-ci ildən Prezidentin İşlər İdarəsinin “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru işləyib.

4 fevral 2021-ci ildə Prezidentin sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər fakültəsi, bakalavr və magistr (fərqlənmə diplomu)
  • 2019–2020 — IE Business School (Madrid, İspaniya), Global Executive MBA