Əsas məzmuna keç
İsrafil Məmmədov

İsrafil Məmmədov

İcraçı direktor

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

Mənbə: oilfund.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

İsrafil Məmmədov 26 iyul 1973-cü ildə anadan olub.

1995–1996-cı illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində, 1996–2008-ci illərdə Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsində işləyib. 2008–2013-cü illərdə Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri, 2013–2019-cu illərdə Fondun icraçı direktorunun müavini olub.

29 noyabr 2019-cu ildə Prezidentin fərmanı ilə Dövlət Neft Fondunun icraçı direktoru təyin edilib.

2019-cu ildən “Cənub Qaz Dəhlizi” QSC-nin Müşahidə Şurasının, 9 sentyabr 2020-ci ildən İqtisadi Şuranın, 23 yanvar 2021-ci ildən Dövlət Neft Şirkətinin Müşahidə Şurasının, 3 fevral 2021-ci ildən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” üzrə Sərəncamın İcra Komissiyasının üzvüdür. 2019–2021-ci illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin, 2019–2020-ci illərdə Maliyyə Sabitliyi Şurasının üzvü olub; 5 noyabr 2024-cü ildən Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyəti sədrinin müavinidir.

İngilis, ərəb və rus dillərini bilir. Evlidir, üç övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1990–1995 — Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, beynəlxalq iqtisadi əlaqələr fakültəsi, iqtisadçı
  • 2017 — Stanford Universitetinin Biznes məktəbi (ABŞ), idarəetmə üzrə ixtisaslaşma proqramı
  • 2017 — Yale Universitetinin İdarəetmə məktəbi (ABŞ), idarəetmə üzrə ixtisaslaşma proqramı
  • 2018 — Harvard Universitetinin Biznes məktəbi (ABŞ), idarəetmə üzrə ixtisaslaşma proqramı