Əsas məzmuna keç
Bəhruz Bəhramov

Bəhruz Bəhramov

İcraçı direktorun müavini

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

Mənbə: oilfund.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Bəhruz Bəhramov 8 aprel 1982-ci ildə anadan olub.

2006–2014-cü illərdə Dövlət Neft Fondunun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində treyder, baş risk təhliliçisi, baş treyder və portfel meneceri işləyib. 2014–2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-cı ildən 1 sentyabr 2020-ci ilədək həmin departamentin direktoru olub. 2020-ci ildən 12 iyun 2024-cü ilədək icraçı direktorun müşaviri vəzifəsində çalışıb.

12 iyun 2024-cü ildə Prezidentin sərəncamı ilə Dövlət Neft Fondunun icraçı direktorunun müavini təyin edilib.

“Chartered Financial Analyst” (CFA) və “Certificate in Investment Performance Measurement” (CPIM) sertifikatlarına malikdir. İngilis, rus, türk və fransız dillərini bilir. Evlidir, bir övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1999–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyat fakültəsi, iqtisadçı
  • 2003–2005 — Nitsa-Sofiya Antipolis Universiteti (Fransa), maliyyə üzrə bakalavr
  • 2005–2006 — Nitsa-Sofiya Antipolis Universiteti (Fransa), maliyyə üzrə magistr

Xəbərlərdə