Tərcümeyi-hal
Rövşən Cavadov 12 oktyabr 1983-cü ildə anadan olub.
2006–2009-cu illərdə Dövlət Neft Fondunun İnvestisiya departamentində müxtəlif vəzifələrdə işləyib. 2009–2014-cü illərdə həmin departamentin direktor müavini, 2014-cü ildən 2 mart 2020-ci ilədək departamentin direktoru olub.
2 mart 2020-ci ildə Prezidentin sərəncamı ilə Dövlət Neft Fondunun icraçı direktorunun müavini təyin edilib.
İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var.
Təhsil
- 2000–2004 — Azərbaycan Dövlət İqtisad Universiteti, beynəlxalq iqtisadi münasibətlər fakültəsi, iqtisadçı
- 2004–2005 — Klark Universiteti (ABŞ), maliyyə üzrə magistr
- 2014 — Harvard Universitetinin Biznes məktəbi (ABŞ), investisiyaların idarə olunması üzrə ixtisaslaşma proqramı
- 2018 — Stanford Universitetinin Biznes məktəbi (ABŞ), idarəetmə üzrə ixtisaslaşma proqramı