Operativ Məlumat Mərkəzi

Səfir: “Azərbaycan və Aİ arasında yeni saziş üzrə intensiv danışıqlar davam edir”

1 dəq
Paylaş:
Səfir: “Azərbaycan və Aİ arasında yeni saziş üzrə intensiv danışıqlar davam edir”
bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib. "Aİ ilə Azərbaycan arasında...

“Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə intensiv danışıqlar davam edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

"Aİ ilə Azərbaycan arasında imzalanması planlaşdırılan hərtərəfli saziş bir çox sahələri əhatə edir, buna görə də onunla bağlı intensiv danışıqlar davam edir. Sazişin imzalanmasına ehtiyac olduğunu həm Azərbaycan, həm də Aİ başa düşür", - Mixalko bildirib.

Səfirin sözlərinə görə, Avropa İttifaqı artıq Şərq Tərəfdaşlığı ölkələri ilə analoji sazişlər imzalayıb: “Ümid edirik ki, tezliklə Azərbaycanla da bu saziş imzalanacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər