Saxta jurnalist peyda olub - RƏSMİ AÇIQLAMA

Saxta jurnalist peyda olub - RƏSMİ AÇIQLAMA
01.09.2024 19:59
Aa
dəq

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib. Üzərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan “Jurnalist vəsiqəsi” orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Medianın İnkişafı Agentliyinin birgə açıqlamasında deyilir.

Birgə məlumatda xatırladılır ki, jurnalist vəsiqəsinin verilməsi qaydası “Media haqqında” Azərbaycan Respublikası Qanunu və “Media Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

"Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür.

Bildiririk ki, jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda vurğulanıb.

Həftənin ən çox oxunanları

MEDİA açıqlama yaydı

MEDİA açıqlama yaydı
DAVAMIN OXU davamın oxu

Mətbuat Şurası hər hansı qayda pozuntusu aşkarlamayıb

Mətbuat Şurası hər hansı qayda pozuntusu aşkarlamayıb
DAVAMIN OXU davamın oxu

"Səhiyyə TV" cərimələndi

DAVAMIN OXU davamın oxu

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib
DAVAMIN OXU davamın oxu

Bu jurnalistlərə İTTİHAM VERİLDİ - FOTO

Bu jurnalistlərə İTTİHAM VERİLDİ - FOTO
DAVAMIN OXU davamın oxu