Əsas məzmuna keç

Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib

Samuxda ağacəkmə və təmizlik aksiyası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin...

rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 aprel “Yer Gününə”nə həsr olunmuş tədbir keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, nazirliyin, İcra hakimiyyətinin nümayəndələri, ekokönüllülər və rayon gəncləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhəri prospektində yeni salınmış istirahət parkında ağac , daha sonra Samux rayonunun Qarayeri qəsəbəsində çaykənarı ərazidə aksiyası keçirərək tullantılardan təmizləyiblər.

Tədbirin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ictimaiyyətin belə tədbirlərdə aktiv iştirakını və dayanıqlı gələcəyi təmin etməkdən ibarətdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…