Samir Abasov: "Hələ də oyunun təsirində qalmışam"

Samir Abasov: "Hələ də oyunun təsirində qalmışam"
10.03.2023 21:30
Aa
dəq

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda (0:4) danışıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Keyfiyyət öz sözünü dedi. Biz sonluğu gətirə bilmədik. Bu oyunun üstündə çox qalmaq istəmirəm. Əfsuslar olsun ki, buraxdığımız qolun üstündə çox işləmişdik. Futbolçularla da bu barədə danışmışdıq. İkinci hissə yaxşı başlamışdıq. Qol vura bilsəydik, başqa cür ola bilərdi. Bizim kimi komanda üçün bu normaldır. 4:0-lıq oyun idimi? Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Digər oyunlara hazırlaşacağıq. Başqa yolumuz yoxdur.

Mən yalnız oyunda gördüklərimi deyə bilərəm. Məncə, yüzə yüz qol epizodlarımız var idi. Bunun fonunda düşünürəm ki, qol vursaydıq, oyunu bərabərləşdirə bilərdik. Bundan sonra oynayacağımız komandalar güc baxımından bərabərdir. Dəyişiklik etməyə vaxtımız yoxdur. Buraxdığımız səhvləri etməməliyik. Hər bir oyunda epizodlar yaxalasaq, çox yaxşı olar. Hələ də oyunun təsirində qalmışam”.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu