"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Sport Diario"ya istinadən xəbər verir ki, İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq hücumçunun nümayəndələri futbolçunun xidmətini "Barselona"ya təklif ediblər.
Qeyd olunur ki, Salah "Barselona"ya keçməyə hazırdır.
Vurğulanıb ki, “Barselona” rəhbərliyi də futbolçunu heyətinə qatmaq istəyir.
Bu mövsüm Salah mersisaydlıların heyətində 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib.
Onun "Liverpul"la müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir və futbolçunun transfer dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.