Əsas məzmuna keç

Sahibə Qafarova: Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi

Sahibə Qafarova: Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi

Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndərin xilaskarlıq missiyasının ölkəmizin dövlətçilik tarixindəki əvəzsiz rolunu və siyasi irsini dəyərləndirib.

ru en

Dövlət məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Milli Məclisin sədri parlamentin növbədənkənar sessiyasının iclasında deyib.

"Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı idi. Bununla da, davamlı inkişaf yoluna çıxıdı, ölkəmiz mərkəzə çevrildi", - o əlavə edib.

Spiker bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir:

"Torpaqlarımızın 30 illik işğalına son qoyulması, suverenliyimizin bərpası, hər il artan siyasi nüfuzumuz bunun bariz göstəricisidir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…