Əsas məzmuna keç

Şahdağa qar yağır, yağışlar intensivləşib - YENİLƏNİB

Şahdağa qar yağır, yağışlar intensivləşib - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki kəskin dəyişikliklərlə bağlı son məlumatı yaydı. Bölgələrdə leysan, dağlıq rayonlarda isə ağ örtük müşahidə olunur.

en ru

Azərbaycanda hazırda bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 15:00-a olan məlumatında qeyd edilib.

rayonunun yüksək ərazilərinə və Şahdağda qar yağır.

Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, , Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, , Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

***

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış, Şahdağa isə qar yağır, ayrı-ayrı yerlərdə yağıntı intensiv xarakterlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 11:00-a olan məlumatında qeyd edilib.

Səhər saatlarından Bakıda və yarımadasında da yağış yağması müşahidə olunur.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı Lerikdə 8, Zaqatalada 6, Qax, Tovuzda 4, Sədərək, Gədəbəy, Ağstafa, Ceyrançöldə 3, Lənkəran, Astara, Yardımlı, Altıağac, Şəki, Balakəndə 2, Quba, Daşkəsən, Şahdağ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, İmişli, Xaltan, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Ordubadda 1 mm-dək qeydə alınır.

Neft daşları, Balakən, Daşkəsən, Altıağac, Qusar, Göygöl, Şəki, Şamaxı, Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 27, Aran rayonlarında 23, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…