Əsas məzmuna keç

Şagirdlərin elektron yerdəyişməsi başlayıb - 01.11.2024

Şagirdlərin elektron yerdəyişməsi başlayıb - 01.11.2024

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi başlayıb. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata...

Bu gündən 2-11-ci şagirdlərinin elektron yerdəyişməsi prosesi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Müxtəlif səbəblərdən 10-cu siniflərə üçün gecikən şagirdlər də 1 noyabr - 1 dekabr tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv ediləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq.

Şəxsi kabinetə yalnız Rəqəmsal İnkişaf və Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…