Operativ Məlumat Mərkəzi

Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında 3 medal qazanıb

1 dəq
Paylaş:
Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında 3 medal qazanıb
{"az":"25-30 aprel tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş...","en":"","ru":""}

25-30 aprel tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər gümüş medal, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yunis İsayev bürünc medal qazanıblar.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 19 gümüş və 40 bürünc əldə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər