Əsas məzmuna keç

Dərsliklərlə bağlı ictimai müzakirələrdə fəallıq zəifdir

Dərsliklərlə bağlı ictimai müzakirələrdə fəallıq zəifdir

Müşahidələr dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsinin arzuolunan həddə olmadığını göstərir. Bu barədə “Operativ...

en ru

Müşahidələr dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsinin arzuolunan həddə olmadığını göstərir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müzakirə zamanı gözlənilən səmərə əldə olunmur:

"Dərslik layihələrinin qiymətləndirilməsi zamanı üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır. Hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir. Məsələn, " tarixi 7" dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilmişdir. "Biologiya 9" dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, "Riyaziyyat 7" dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, "Fizika 9" dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olmuşdur".

Nazirlikdən həmçinin qeyd edilib ki, bu hal dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…