Əsas məzmuna keç

Sabirabadın 21 kəndində qaz kəsiləcək

Sabirabadın 21 kəndində qaz kəsiləcək

Sabah rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan PE “Nərimankənd-Ulacalı” orta təzyiqli yeraltı qaz kəmərində və ondan ayrılan qollarda kiplik sınaqları aparılacaq. Bununla bağlı sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatana qədər , Qaratəpə, Yastıqobu, , Ulacalı, Mürsəlli, , Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı və Qaragüney kəndlərində (ümumilikdə 9 638 abonent) “Nərimankənd” QPS-dən qaz təchizatı dayandırılacaq.

Kəsintilər

  1. Masallı Qaz · Bu gün, 10:00‑dan, işlər bitənədək · Davam edir
  2. Bakı, Nizami Qaz · Bu gün, 10:00‑dan, işlər bitənədək · Davam edir
Bütün kəsintilər və küçə axtarışı ›

Ərazinizdə işıq, qaz və ya su kəsiləndə bildiriş alın: axşam sabahın, səhər bu günün elanları.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…