Əsas məzmuna keç

Sabahın hava proqnozu: Rayonlara qar yağacaq

Sabahın hava proqnozu: Rayonlara qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin martın 5-i proqnozu: Abşeron yarımadasında çiskin, bölgələrdə intensiv yağıntı gözlənilir. Temperatur və külək necə dəyişəcək?

en ru

Bakıda və yarımadasında martın 5-də havanın əsasən yağmursuz keçəcəyi, lakin bölgələrdə yağıntılı olacağı proqnozlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı və arabir tutulacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli hava müşahidə edilə bilər. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz isə 6-9° isti təşkil edəcək. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm-ə enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 65-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə yağacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensiv xarakter alacağı ehtimalı var. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Rayonlarda temperatur gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Dağlarda isə gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti proqnozlaşdırılır.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…